XƏBƏRLƏR / Hərbi

Əsgər odlu silahdan açılmış atəş nəticəsində ölüb

Hərbi Prokurorluq məlumat yayıb

Əsgər odlu silahdan açılmış atəş nəticəsində ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Hərbi Prokurorluq: Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məhərrəmov Elnur Ələsgər oğlunun odlu silahdan açılmış atəş nəticəsində yaralanması, təxliyə olunarkən yolda ölməsi barədə Gəncə hərbi prokurorluğuna məlumat daxil olmuşdur.

    Fakt üzrə Gəncə hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılmış və hazırda təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilir.

    İstintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.