Ərdoğana yerli avtomobil - TOGG təslim edildi VİDEO

Bu barədə Türkiyə mediası xəbər verib

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Türkiyənin yerli avtomobil markası olan “TOGG”un ilk nümunəsi Prezident Rəcəb Tayyib Ərdoğana çatdırılıb. İHA xəbər verir ki, avtomobil Rəcəb Tayyib Ərdoğana və xanımı Əminə Ərdoğana Prezident Külliyesində təşkil edilən mərasimdə hədiyyə edilib.

    Türkiyə Prezidenti “TOGG”un ilk nümunəsinini sevinclə qarşılayıb.

    “Türk əsrinin ilk bəhrələrindən biri olan “TOGG” bütün millətimizə xeyirli olsun”, - deyə Ərdoğan bildirib. 

    “TOGG”u alan ikinci şəxs Azərbaycan Prezidenti olacaq. Avtomobil İlham Əliyevə sabah Bakıda keçiriləcək mərasimdə təqdim ediləcək.

    Avtomobilin açarlarını Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank ölkə başçısına verəcək.