Ərdoğan Putinlə telefonla danışıb
Rusiya ilə Ukrayna arasında əsirlərin, ilk növbədə yaralıların mübadiləsi məsələsinə toxunublar
Rusiya Federasiyası və Türkiyə prezidentləri arasında telefon danışığı olub.
Söhbət zamanı Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan taxıl sazişinin icrasını, Suriyadakı vəziyyəti və iki ölkə arasında gələcək əməkdaşlığı, o cümlədən qaz qovşağı layihəsini müzakirə ediblər.
Bundan əlavə, tərəflər Rusiya ilə Ukrayna arasında əsirlərin, ilk növbədə yaralıların mübadiləsi məsələsinə toxunublar.