Ərdoğan Putinlə telefonla danışıb
Türkiyə və Rusiya liderləri ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparıblar
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub.
Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Türkiyə və Rusiya liderləri ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparıblar.
Ərdoğanla Putin Rusiya-Ukrayna müharibəsini və Suriyanı da müzakirə ediblər.