Ərdoğan bu gün Putinlə telefonla danışacaq
Kreml danışıqların yanvarın 4-nə planlaşdırıldığını təsdiqləyib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında Türkiyəyə Ukrayna məsələsində yenidən vasitəçilik təklif etmək niyyətindədir. Bu barədə "RİA Novosti" məlumat verib.
Türkiyə lideri "qaz qovşağı" mövzusunu da müzakirə etməyi gözləyir.
Bir gün əvvəl Kreml Rusiya Federasiyası və Türkiyə prezidentləri arasında danışıqların yanvarın 4-nə planlaşdırıldığını təsdiqləyib.