Blinken Çavuşoğlu ilə Ermənistanı müzakirə edib
Vaşinnqtonda səfərdə olan Türkiyə xarici işlər nazirinin görüşləri davam edir
ABŞ dövlət katibi Əntoni Blinken və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasını müzakirə ediblər.
Çavuşoğlu Twitter səhifəsində yazıb ki, "İqtisadiyyat, enerji, müdafiə sənayesi, terrorla mübarizə və konsulluq məsələləri gündəmimizdə idi."
Birgə bəyanata görə, tərəflər NATO üzrə tərəfdaşlığın əhəmiyyətini vurğulayaraq, ikitərəfli əməkdaşlığa dair geniş məsələlər üzrə dialoq aparıblar.
Blinken və Çavuşoğlu “nəticəyə yönəlmiş” gündəmə sadiq olduqlarını bir daha təsdiqləyiblər. Həmçinin ABŞ-Türkiyə müdafiə tərəfdaşlığı, o cümlədən Türkiyənin F-16 parkının modernləşdirilməsi müzakirə edilib.
Vaşinqton və Anlara Ukraynanın suverenliyi və ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəklədiklərini vurğulayaraq, müharibənin dayandırılması üçün həll yolunun tapılmasına dəstəklərini bir daha ifadə ediblər.
Tərəflər kollektiv müdafiəyə, eləcə də NATO-nun açıq qapı siyasətinə sadiq qaldıqlarını təsdiqləyiblər. "Finlandiya və İsveçin NATO-ya üzvlüklə bağlı müraciətinin irəliləməsi üçün Finlandiya, İsveç və Türkiyənin imzaladığı üçtərəfli memorandumun icrasına toxunulub", - məlumatda deyilir.