XƏBƏRLƏR / Siyasət

Əliyev, Putin və Paşinyan üçlükdə danışıblar

Bu barədə "Sputnik Armenia" xəbər verib

Əliyev, Putin və Paşinyan üçlükdə danışıblar
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Vladimir Putin dünən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla üçlükdə görüşdüyünü açıqlayıb. Bu barədə "Sputnik Armenia" xəbər verir. "Biz sizinlə müzakirələrə dünəndən başlamışıq. Dünən üçlükdə danışmağa nail olduq. Razılaşdığımız kimi, bütün detalları müzakirə edək", - deyə Putin bildirib. Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov üçtərəfli görüşün nəzərdə tutulmadığını söyləmişdi.