XƏBƏRLƏR / Kriminal

Zərdabda avtomat satmaq istəyən Bakı şəhər sakini saxlanılıb

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib

Zərdabda avtomat satmaq istəyən Bakı şəhər sakini saxlanılıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində odlu silah satmaq istəyən şəxs saxlanılıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, keçirilən tədbir zamanı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Cəfərov rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Onun əlində olan idman çantasına keçirilən baxış zamanı atəşə yararlı bir ədəd “AK-74” markalı avtomat, həmin silaha məxsus bir ədəd sandıqça və 25 ədəd patron aşkar edilərək götürülüb.

    CaptionZərdabda avtomat satmaq istəyən Bakı şəhər sakini Rəşad Cəfərov

    Dindirilmə zamanı R.Cəfərov silahı bir müddət əvvəl Bakı şəhəri ərazisindən tapdığını və satmaq niyyəti ilə Zərdab rayonuna gətirdiyini bildirib.

    Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Aşkar edilən silahın hər hansı bir cinayət hadisəsində istifadə olunub-olunmadığı araşdırılır.