XƏBƏRLƏR / Hadisə

Zəngəzurda batalyon komandiri dərəyə yuvarlanaraq ölüb

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb

Zəngəzurda batalyon komandiri dərəyə yuvarlanaraq ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanda Qərbi Zəngəzur (Sünik rayonunda) qəza nəticəsində iki hərbçi həlak olub, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Məlumata görə, “qar uçqunu səbəbindən... Müdafiə Nazirliyinin UAZ avtomobili dərədən yuvarlanıb, nəticədə iki müqaviləli hərbçi həlak olub”. Erməni mənbələri qəzada Ermənistan ordusunun batalyon komandiri və onun sürücüsünün öldüyünü yazırlar.

    Maşında olan daha iki hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.