XƏBƏRLƏR / Təbiət

Zəlzələdə ölən 16 voleybolçunun cəsədi tapılıb

Bu barədə Türkiyə Voleybol Federasiyası məlumat yayıb

Zəlzələdə ölən 16 voleybolçunun cəsədi tapılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə Voleybol Federasiyası (TVF) Adıyamanda baş vermiş zəlzələ nəticəsində otelin dağıntıları altında qalmış Şimali Kipr voleybol komandasından 16 nəfərin öldüyünü açıqlayıb. TVF-nin açıqlamasında “Adıyamanda otelin dağıntıları altından tapılan Şimali Kipr Voleybol Komandasının 16 üzvünün həyatını itirdiyini dərin hüznlə öyrəndik”,- deyə bildirilib.

    Şimali Kiprin Baş Nazirliyi də Adıyamanda voleybol komandasının heyətində olan 16 nəfərin cansız bədəninin çıxarıldığını açıqlayıb.