Zelenski: Türkiyə ölü və yaralıları çıxarmağa hazırdır
Mariupoldan ölü və yaralı ukraynalı əsgərlərin təxliyəsi üçün Putinin razılığı lazımdır
Ukrayna prezidenti Vladimir Zelenski Türkiyənin Mariupoldakı yaralı və ölən ukraynalı əsgərləri gəmilərlə çıxarmağa hazır olduğunu bildirib.
"Bu gün Türkiyə gəmilərdə yaralıları və ölənləri çıxarmağa, onları Berdyanskdan daşımağa hazırdır. Mariupola yaxınlaşmaq mümkün deyil, biz bu fürsəti verməyəcəyik. Yəni, bütün bunların Berdyanska çatması lazımdır. Bizim yaralıları və ölüləri çıxarmaq üçün infrastruktur hazırdır. Biz Putindən razılıq gözləyirik”, - Zelenski Ukrayna jurnalistləri üçün keçirdiyi mətbuat konfransında deyib.
Ukrayna lideri əlavə edib ki, nəticə yaxın günlərdə olmalıdır. Yekun qərarı Rusiya prezidenti verir.