XƏBƏRLƏR / Siyasət

Zaxarova Laçın yolunun açıq olduğunu təsdiqlədi

XİN rəsmisi Laçın yolundan humanitar yardım kolonunun keçdiyini diqqətə çatdırıb

Zaxarova Laçın yolunun açıq olduğunu təsdiqlədi
Mariya Zaxarova
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Laçın yolu barədə sualı cavablandırıb. XİN rəsmisi Laçın yolundan humanitar yardım kolonunun keçdiyini diqqətə çatdırıb.

    Onun sözlərinə görə, Rusiya Laçın yolunun tamamilə açılması üçün iş aparır. Zaxarova, həmçinin qeyd edib ki, bütün tərəflər üçün məqbul həll yolunun tapılması vacibdir.

    Rusiya XİN rəsmisi bu açıqlaması ilə Ermənistan tərəfinin guya Laçın yolunun bağlı olması barədə iddialarını yalanlayıb. 

    Onu da bildirək ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidinə şərait yaradılır. Gün ərzində Qızıl Xaç (BQXK) və Rusiya sülhməramlılarına məxsus avtomobillər hər iki istiqamətdə hərəkət edirlər.