Reportaj

Yeni səfir barədə aqreman Kiyevə 1 ay yarım əvvəl gedibmiş

Bunu Ukrayna Azərbaycanlıları Radasının icraçı direktoru Elşad İbrahimzadə bildirib

Yeni səfir barədə aqreman Kiyevə 1 ay yarım əvvəl gedibmiş
Seymur Mərdəliyev
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ukraynaya Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə dünən təyin edilən Seymur Mərdəliyev barədə aqreman (razılıq - red.) bir ay yarım əvvəl Ukrayna Xarici İşlər Nazirliyinə təqdim olunub. Bu barədə ANS Press-ə Ukrayna Azərbaycanlıları Radasının icraçı direktoru Elşad İbrahimzadə bildirib.

     Ukrayna Azərbaycanlıları Radasının icraçı direktoru Elşad İbrahimzadə

    Bu təyinata qədər Seymur Mərdəliyev Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini vəzifəsində işləyib.

    Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan (24 fevral 2022-ci il) Azərbaycan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova (12 mart 2020 - 23 may 2023) Bakıda idi. Özünün dediyinə görə, uzun müddətə Azərbaycana gəlməyinə səbəb səhhəti ilə bağlıdır. Ölkə Prezidentinin dünənki sərəncamı ilə Elmira Axundova səfir vəzifəsindən geri çağırılıb. 

    Elmira Axundova

    Ermənistan mətbuat isə dezinformasiya yayaraq, səfirimizin Ukraynadan geri çağırılmasını Azərbaycan-Ukrayna münasibətlərinin korlanması kimi qələmə vermişdi.  

    Ukrayna Azərbaycanlıları Radasının icraçı direktoru Elşad İbrahimzadə onu da bildirib ki, qaynar nöqtələrdə işləyən diplomatlarımızın (səfirlərimizin-red.) əmək haqqı 10 000 ABŞ dollarına qədər artırılır (əlbəttə, səfirin həmin ərazidə olması şərtdir). 

    Elşad İbrahimzadə onu da deyib ki, Ukraynanın paytaxtı Kiyevdə həyat əvvəlki kimi davam edir, çünki Kiyevin hava hücumundan müdafiə qüvvələri tam gücü ilə işləyir.