BLOQ

Yazın ilk meyvəsi və onun yuyulma qaydası

Söhbət çiyələkdən gedir

Yazın ilk meyvəsi və onun yuyulma qaydası
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Çiyələk yazda süfrələrə çıxan ilk və vitaminlərlə zəngin meyvələrdən biridir. Onun tərkibi sadə şəkərlər, salisil turşusu və vitaminlərlə zəngindir, bağırsaqlarda olan toksinləri, ağır metallar və digər zəhərli maddələri özünə birləşdirərək orqanizmdən xaric edir. Çiyələk ildə iki dəfə - yazda və payızda məhsul verir və onu hər vaxt yemək həm uşaqlar, həm də böyüklər üçün xeyirlidir.

    Lakin çiyələkdən istifadə zamanı bəzi qaydaları gözləmək lazımdır. Yaz vaxtı müxtəlif çiçək tozcuqları onun üzərinə yığılması allergik reaksiyalara səbəb olur. Qida mütəxəssisləri deyirlər ki, çiyələyi yuyub təmizləyərkən müəyyən qaydalara əməl etmək lazımdır. Məsələn, bir ovuc çiyələk yeyiləcəksə, qabda olan çiyələyin hamısını yumaq düzgün deyil. Çiyələyin tərkibində çoxlu su var. Onları quru saxlamaqla, meyvə daha uzun müddət təzə qala bilər, çünki nəmlik kifin yaranmasını və məhsulun xarab olmasını sürətləndirir. Meyvədə xarabolma əlamətlərinin yayılmasının qarşısını almaq üçün kiflənmiş və ya ağarmış çiyələklər aşkarlananda onları atmaq lazımdır. Çiyələk yaxşı saxlanarsa, 5-7 gün keyfiyyətli qala bilər, lakin həddindən artıq nəmlik və kif kimi bir neçə amil bu müddəti qısalda bilər.

    Mütəxəssislər bildirilər ki, çiyələk torpaqla çox bağlı olduğuna görə onun səthində mikroorqanizmlər və qurd yumurtaları toplanır. Çiyələyin allergik təsirini azaltmaq və üzərindəki patogen mikroorqanizmləri və qurd yumurtalarını məhv etmək üçün onu təmiz yumaq, meyvələri sodalı su ilə təmizləmək lazımdır.

    Bir qaba üç stəkan soyuq su və bir stəkan alma sirkəsi və ya ağ sirkə tökülür, çiyələk 5-20 dəqiqə həmin suda saxlanılır. Sonra soyuq su ilə təmiz yuyulur və turş dad verməmək üçün durulanır. Soyuq su məhsuldan pestisid qalıqlarının 75-80 faizini təmizləyir. Həmçinin soda məhsulu da təzə meyvə və tərəvəzlərdən çirk və pestisid qalıqlarının izlərini aparmağa kömək edir. Bundan başqa soyuducuda açıq bir qutu soda saxlamaq çiyələyin dadını və qoxusunu qoruyub saxlamağa kömək edir.

    Çiyələk digər meyvələrlə müqayisədə ən çox qida maddələri ilə zəngindir, onu əbəs yerə “meyvələrin kraliçası” adlandırmırlar. Gün ərzində 8 çiyələk yeyilməsi orqanizmi C vitamini ilə təmin etmək üçün kifayət edir.