Yaralı hərbçilərimiz xəstəxanaya çatdırılıb FOTO/VİDEO

Hadisə bu gün saat 17:00 radələrində Şuşanın Allahqulular kəndi ətrafında baş verib

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Xəbər verdiyimiz kimi, Şuşada Azərbaycan Ordusunun hərbi yük maşını ermənilər tərəfindən qəsdən yolun hərəkət istiqamətində basdırılmış minaya düşərək partlayıb.

    Hadisə barədə Rusiya sülhməramlı kontingenti və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib. Baş vermiş hadisəyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

    Mina partlayışından sonra Azərbaycanın hərbi yardım maşınları hərbçiləri xəstəxanaya çatdırıblar.