XƏBƏRLƏR / İqtisadiyyat

Yanvarda Azərbaycan buğda idxalını 1,5 dəfə artırıb

Dövlət Statistika Komitəsi xəbər verir

Yanvarda Azərbaycan buğda idxalını 1,5 dəfə artırıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2023-cü ilin yanvar ayında Azərbaycana buğda idxalı 142,655 min ton təşkil edib ki, bu da 2022-ci ilin yanvar ayı ilə müqayisədə 52,2% çoxdur.

    Statistikaya əsasən, respublikaya idxal edilən buğda ucuzlaşsa da, onun ümumi dəyəri 43 milyon 423,1 min dollar (artım 33,7%) olub.

    Belə ki, yanvar ayında Azərbaycan buğdanın bir tonunu 304,39 dollara alıb (2022-ci ildə alınan buğdanın orta qiyməti bir ton üçün 337,6 dollar olub).