XƏBƏRLƏR / Neft və Qaz

Yanvar-fevral aylarında qaz ixracı 4 dəfə azalıb

Qazdan əldə edilən vəsayit isə 5 dəfə azalıb

Yanvar-fevral aylarında qaz ixracı 4 dəfə azalıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yanvar-fevral aylarında 1 milyard 213,8 ​​milyon kubmetr təbii qaz ixrac edilib.

    Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ixrac edilən təbii qazın dəyəri 502 milyon dollar olub.

    Xatırladaq ki, 2022-ci ilin eyni aylarında Azərbaycandan 3 milyard 963.6 milyon kubmetr təbii qaz ixrac edilib, həmin ixracın dəyəri 2 milyard 486.1 milyon dollar olub.