XƏBƏRLƏR / Kriminal

Xocavənddə döyüş sursatları tapıldı

Bu barədə DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib

Xocavənddə döyüş sursatları tapıldı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində tədbirlər davam etdirilir. Bu barədə DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib. 

    Xəbərə görə, Xocavənd RPŞ-nin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər nəticəsində 2 pulemyot, 1 avtomat, 1 snayper tüfəngi, 1 ov tüfəngi, 2 qumbara və digər döyüş sursatları götürülərək aidiyyəti üzrə təhvil verilib.