XƏBƏRLƏR / Hadisə

Xocalıda yük maşını aşdı FOTO

Yaralılar var

Xocalıda yük maşını aşdı FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xocalı Rayon Polis Şöbəsinə rayonun Çanaqçı kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib. Bildirilir ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.                   

    "İlkin araşdırmalar nəticəsində məlum olub ki, Bərdə rayon sakini Seymur Vəliyev idarə etdiyi "Shacman" markalı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirərək yol kənarındakı su arxına aşıb. Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan sürücüyə ilkin tibbi yardım göstərilərək xəstəxanaya göndərilib. Faktla bağlı araşdırmalar davam etdirilir", - deyə açıqlamada qeyd olunur.