"XOCA"

Tammetrajlı bədii film 2012-ci ildə nümayiş olunub

  • Oxuma müddəti:

    2 dəqiqə

  • İki gənc – Əliəkbər və Günel ərizə verib Bakıda nikah növbəsinə dayanırlar. Nikah və toy mərasimin 1992-ci il fevralın 25-də keçirmək qərara alınandan sonra kəşfiyyat zabiti Əliəkbər dərhal xidmət etdiyi Qarabağa – Xocalıya qayıdır. Toy təyin edilən gün bəy libasında Bakıya yollanan Əliəkbər döyüşçü dostları Yura Çyornı və Arzu, eləcə də Əliəkbərin ailə üzvləri Xocalının ermənilər tərəfindən tam mühasirəyə alındığını görür. Əliəkbər çətin seçim qarşısında qalır, Bakıya toya getsin və ya Xocalıya qayıdıb dostları ilə şəhəri və əhalini müdafiə etsin? Bu sualın cavabını onun ürəyi verir.

    Ssenari müəllifi: Vahid Naxış

    Quruluşçu rejissor: Vahid Mustafayev

    Bəstəkar:  Yaşar Baxış

    Səs rejissoru: Məsud Behnam

    Operator: Afşin Əlizadə

    Montaj rejissoru: Elşad Rəhimov

     

    Xoca beynəlxalq aləmdə:

     

    1. 43-cü Antalya “Qızıl Portağal” BKF, Xüsusi nümayiş, (oktyabr, 2012, Türkiyə);
    2. 35-ci Qahirə BKF, İnsan hüquqları yarışmasının nominantı və Film Marketdə təqdimat (noyabr-dekabr, 2012, Misir)
    3. 31 Fəcr BKF, xususi nümayiş və Film Marketdə təqdimat (yanvar, 2013-cü il, İran)
    4. Türkiyə Yayım Şəbəkəsində Nümayiş hüququ (2013-cü ilin fevralından etibarən)
    5. Bişkek şəhərində Xüsusi Nümayişlər (Manas Universiteti və Qırğızıstan Kinematoqrafçılar İttifaqı, fevral, 2013-cü il, Qırğızıstan)
    6. Niderland Krallığında Xüsusi nümayişlər (Rotterdam və Haaqa şəhərləri, fevral, 2013-cü il)
    7. London şəhərində xüsusi nümayiş (may, 2013-cü il, Böyük Britaniya)
    8. Afina BKF-nin  Film Marketində iştirak (noyabr, 2013-cü il, Yunanıstan)

    İlk nümayiş tarixi: 26 fevral, 2012-ci il.

     

    Rollarda İlqar Musayev (Əliəkbər), Nigar Bahadır qızı (Günel), Telman Əliyev (Ayaz), Azər Aydəmir (Yura), Mina Sovetski (Mehriban), Nəcibə Hüseynova (Fatimə xala)

    Bədii film, 108 dəq. 35 mm., rəngli,

    Milli Qəhrəman Çingiz Mustafayev adına Fond,

    “ANS Müstəqil Yayım və Media” Şirkəti,

    “Baki Film” Kinostudiyası, 2012-ci il