Xızı rayonunda döyüşə yararlı hərbi sursat aşkarlanıb VİDEO

Bu barədə FHN xəbər verib

  • Oxuma müddəti:

    1 dəqiqə

  • Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində hərbi sursat aşkar edilməsi barədə məlumat daxil olub.

    Nazirliyin mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

    Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 125 mm-lik 40 ədəd OF26 tank, 120 mm-lik 1 ədəd minaatan və 100 mm-lik 1 ədəd top mərmisi olduğu müəyyən edilib.

    Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

    Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.