Xırdalanda çoxmərtəbəli yaşayış binasında partlayış
Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib
Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında partlayış baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və xüsusi riskli xilasetmə xidmətləri hadisə yerinə cəlb olunub. Müəyyən edilib ki, on yeddi mərtəbəli binanın 3-cü mərtəbəsində iki otaqlı mənzilin hamamında su qızdırıcısı partlayıb. Partlayış nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.