XƏBƏRLƏR / Kriminal

XİN İsraildə sinaqoqa silahlı hücumu pisləyib

Hücum zamanı 7 nəfər ölüb, 10 nəfər yaralanıb

XİN İsraildə sinaqoqa silahlı hücumu pisləyib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Xarici İşlər Nazirliyi İsraildə sinaqoqa silahlı hücumu pisləyib.

    Bu barədə Xarici İşlər Nazirliyinin “Twitter” hesabında məlumat verilib.

    "Biz Qüdsün Neve Yaakov məhəlləsində sinaqoqda törədilən terror aktını qətiyyətlə pisləyirik. Ölənlərin ailələrinə başsağlığı verir və həlak olanların tezliklə sağalmasını arzulayırıq", - nəşr yazır.

    İsrailin Qüds şəhərində sinaqoqa silahlı hücum zamanı 7 nəfər ölüb, 10 nəfər yaralanıb. İsrail polisi hadisəni terror aktı adlandırıb.