XƏBƏRLƏR / Dünya

Vladimir Putinin həbsinə order verilib

BBC: "Ukrayna müharibəsi: Putin bu il mühakimə olunmalıdır, baş hüquqşünas deyir"

Vladimir Putinin həbsinə order verilib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • BBC News xəbər verir ki, Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Vladimir Putinin həbsinə order verib.

    “Bu gün, 17 mart 2023-cü ildə Beynəlxalq Cinayət Məhkəməsinin İkinci Məhkəməyə qədərki Palatası Ukraynadakı vəziyyət kontekstində iki nəfərin həbsinə order verib: cənab Vladimir Vladimiroviç Putin və xanım Mariya Alekseyevna Lvova-Belova” press-relizdə deyilir.

    Beynəlxalq Cinayət Məhkəməsi izah edir ki, Putin və Lvova-Belova ukraynalı uşaqları qanunsuz deportasiya etməkdə şübhəli bilinirlər.

    Rusiya XIN-nin sözçüsü Mariya Zaxarova bu xəbərə öz Teleqram kanalında belə cavab verib:

    "Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarının ölkəmiz üçün, o cümlədən hüquqi nöqteyi-nəzərdən heç bir mənası yoxdur. Rusiya Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun iştirakçısı deyil və ona görə öhdəlik daşımır. Rusiya. bu qurumla əməkdaşlıq etmir, lakin Beynəlxalq Ədalət Məhkəməsindən gələn mümkün həbs “reseptləri” bizim üçün hüquqi cəhətdən etibarsız olacaq”.