XƏBƏRLƏR / Münaqişə

Ukraynada ölən mülki şəxslərin sayı açıqlandı

Bu barədə BMT baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari DiKarlo bildirib

Ukraynada ölən mülki şəxslərin sayı açıqlandı
Rozmari DiKarlo
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Müharibə dövründə Ukraynada 7 min dinc sakin ölüb. Bu barədə BMT baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari DiKarlo bildirib. Onun sözlərinə görə, Ukraynada ötən ilin fevral ayından indiyə qədər 11 mindən çox mülki vətəndaş xəsarət alıb, milyonlarla insan evlərini tərk etməli olub.

    Bu dövr ərzində təxminən 7,9 milyon Ukrayna vətəndaşı Avropa ölkələrinə sığınıb.