XƏBƏRLƏR / Hadisə

Ukraynada helikopter qəzasinda DİN rəhbərliyi həlak olub

Helikopter uşaq baqçasının ərazisinə düşdüyindən yerdə də həlak olanlar var

Ukraynada helikopter qəzasinda DİN rəhbərliyi həlak olub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 13:20

    Ukraynanın paytaxtı Kiyevdəki vertolyot qəzası zamanı ölənlərin sayı 19-a çatıb. "Unian" xəbər verir ki, bu barədə Ukraynanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, həmçinin 29 nəfər yaralanıb.

    Ukrayna DİN-dən verilən məlumata görə, qəzanın səbəbləri araşdırılır. Ehtimallar arasında diversiya və ya təhlükəsizlik qaydalarına riayət olunmaması da var.

    ***

    Ukrayna mediası hüquq-mühafizə orqanlarındakı məlumatlı mənbəyə istinadən xəbər verir ki, Brovarıda helikopter qəzası zamanı daxili işlər naziri Denis Monastırski, onun müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviç təyyarədə olub.

    Bu məlumatı Milli Polisin rəhbəri İqor Klimenko da təsdiqləyib. "Bu gün səhər, yanvarın 18-də Dövlət Fövqəladə Hallar Xidmətinin helikopteri Brovarıda qəzaya uğrayıb. Qəza nəticəsində Daxili İşlər Nazirliyinin rəhbərliyi həlak olub: nazir, nazirin birinci müavini və dövlət katibi", - Klimenko yazır.

    Onun sözlərinə görə, indiyədək 2-si uşaq olmaqla ümumilikdə 16 ölü məlumdur. Onlardan 9-u helikopterin göyərtəsində olub.

    "22 zərərçəkmiş xəstəxanadadır ki, onlardan 10-u uşaqdır. Bütün müvafiq və ixtisaslaşmış xidmətlər yerində işləyir. Hadisə yerinə baxış keçirilir", - Klimenko əlavə edib.