XƏBƏRLƏR / Nəqliyyat

Üçtərəfli işçi qrup bu həftə də görüşməyəcək

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk: Rusiya, Azərbaycan və Ermənistanın görüşü "yaxın vaxtlara" keçiirildi

Üçtərəfli işçi qrup bu həftə də görüşməyəcək
Aleksey Overçuk
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bu həftə Rusiya, Azərbaycan və Ermənistanın üçtərəfli işçi qrupun görüşü barədə məlumat vermişdi. Lakin bu gün Overçukun verdiyi xəbərə görə, görüş "yaxın vaxtlara" keçiirildi.

    “Mayın 31-də Rusiya, Azərbaycan və Ermənistanın üçtərəfli işçi qrupunun görüşünün yaxın vaxtlarda keçirilməsi barədə razılıq əldə olunub. Nəzərdən keçirilməli olan suallar Azərbaycan və Ermənistan arasında sərhədi keçmə üsulu ilə bağlı texniki detallara aiddir. Söhbət ondan gedir ki, bu sərhəddə pasport, gömrük və beynəlxalq sərhədlərdə mövcud olan bütün digər nəzarət növləri olacaq”. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk belə deyib.