BLOQ

Üç həftə...

və ya Laçın yolu barədə...

Üç həftə...
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Artıq üç həftədir ki, Laçın yolunda ekoaksiya davam edir.

    Üç həftədir ki, azərbaycanlıları öldürmək üçün Ermənistandan Azərbaycan ərazisinə minalanmış ərazilərə heç bir mina daşınmayıb.

    Üç həftədir ki, azərbaycanlıları qətlə yetirmək məqsədi ilə Qarabağ ərazisində olan Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının Ermənistandan Azərbaycana keçməsinə icazə verilmir.

    Üç həftədir ki, Ermənistan azərbaycanlıları öldürmək üçün nəzərdə tutulan silahları almır.

    Artıq 3 həftədir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxanları, Azərbaycana qarşı müharibəni təbliğ edənləri Azərbaycana soxmur.

    Artıq üç həftədir ki, filizlərin Ermənistana ötürülməsi yolu ilə Azərbaycanın mineral ehtiyatlarının talanması dayandırılıb.

    Artıq üç həftədir ki, Ermənistan sülh və Azərbaycanın ərazi bütövlüyünün tanınması tərəfdarı imicindən çıxaraq öz təcavüzkar mahiyyətinə qayıdır.