XƏBƏRLƏR / Hadisə

Təbrizdə güclü partlayış: Ölənlər var FOTO

Partlayışın səbəbləri açıqlanmır

Təbrizdə güclü partlayış: Ölənlər var FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Martın 12-nə keçən gecə İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərində yaşayış binasında güclü partlayış baş verib.

    "Mehr" xəbər agentliyinin məlumatına görə, partlayış nəticəsində 5 nəfər ölüb, 4 nəfər yaralanıb. 1 nəfər dağıntılar altından çıxarılıb.

    Şərqi Azərbaycan Fövqəladə Hallar Departamenti üç yaşayış binasının tamamilə dağıldığını bildirib.