XƏBƏRLƏR / Neft və Qaz

Təbii qaz ixracı azalıb

Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib

Təbii qaz ixracı azalıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yanvar-aprel aylarında ölkədən 6 milyard 513,6 milyon kubmetr təbii qaz ixrac edilib.

    Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ixrac edilən təbii qazın dəyəri isə 5 milyard 418,5 milyon ABŞ dolları olub.

    Xatırladaq ki, 2022-ci ilin eyni aylarında Azərbaycandan 7 milyard 233,3 milyon kubmetr təbii qaz ixrac edilib, həmin ixracın dəyəri 4 milyard 178,2 milyon dollar olub.