XƏBƏRLƏR / İctimaiyyət

Türkiyədəki zirvə görüşünün təşəbbüskarı İ.Əliyevdir

Türkiyə lideri R.T.Ərdoğan bunu Ankarada keçirilən ikitərəfli görüşdə bildirib

Türkiyədəki zirvə görüşünün təşəbbüskarı İ.Əliyevdir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Rəcəb Tayyib Ərdoğan TDT Zirvə görüşünün Türkiyədə keçirilməsi təşəbbüsünün Azərbaycan Prezidentinə aid olduğunu deyib. Türkiyə lideri bunu Ankarada keçirilən ikitərəfli görüşdə bildirib.

    Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün məhz Türkiyədə keçirilməsi təşəbbüsünün Azərbaycan Prezidentinə aid olduğunu deyən Türkiyə dövlətinin başçısı bu təşəbbüsə görə təşəkkürünü bildirib.

    Türk Dövlətləri Təşkilatının bu formatda keçirilən sammitlərinin əhəmiyyəti qeyd edilib, Zirvə görüşünün Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması mövzusuna həsr olunmasının önəmi vurğulanıb.