XƏBƏRLƏR / Fəlakət

Türkiyədə zəlzələdə ölənlərin sayı artdı

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezer bildirib

Türkiyədə zəlzələdə ölənlərin sayı artdı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 44 374 nəfərə çatıb. Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezer bildirib.

    Xatrıladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Daha sonra Hatayda 6.4 ballıq növbəti zəlzələ qeydə alınıb.