XƏBƏRLƏR / Fəlakət

Türkiyədə zəlzələdə ölənlərin sayı 44 minə çatır

Bu barədə daxili işlər naziri Süleyman Soylu bildirib

Türkiyədə zəlzələdə ölənlərin sayı 44 minə çatır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 43 min 556 nəfərə yüksəlib. Bu barədə daxili işlər naziri Süleyman Soylu bildirib.

    Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.