Türkiyədə prezident seçkilərində səsvermə bitdi VİDEO

Türkiyə bu gün prezidentini seçir

  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyə bu gün yenidən seçkiyə gedərək 5 il fəaliyyət göstərəcək prezidentini seçəcək.

    “TRT Haber” xəbər verir ki, seçicilər “Cümhur İttifaqı”nın namizədi, hazırki prezident Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqın”ın namizədi Kamal Kılıçdaroğlu arasında seçim edir.

    Səsvermə yerli vaxtla 08:00-da başlayıb, saat 17:00-da başa çatıb. Səsvermə gömrük qapılarında və hava limanlarında eyni vaxtda sonlanıb. Səslər 60 milyon 721 min 745 seçici üçün yaradılmış 191 mindən çox seçki qutusunda toplanıb.

    Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin mayın 14-də keçirilən ilk turunda Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, müxalifətin lideri Kemal Kılıçdaroğlu 44,88 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,17 faiz səs toplayıb. Səsvermədə seçicilərin 88,92 faizi iştirak edib.