XƏBƏRLƏR / Təbiət

Türkiyədə ölü sayı 21 mini ötdü

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb

Türkiyədə ölü sayı 21 mini ötdü
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 15:45

    Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 21 043 nəfərə çatıb. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Diyarbakırda bildirib.

    Təbii fəlakət nəticəsində 80 097 nəfər yaralanıb.

    09:50

    Türkiyədə zəlzələdə ölənlərin sayı 20 665 nəfərə çatıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Dağıntılar altından 80 088 nəfərə çıxarılıb.

    ***

    Türkiyədə zəlzələdə ölənlərin sayı 20 318 nəfərə çatıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. 91 511 nəfər yaralanıb, dağıntılar altında 80 088 nəfərə çıxarılıb.

    Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb.