XƏBƏRLƏR / İdman

Türkiyə və Ermənistan milli komandaları İrəvanda görüşəcək

UEFA türkiyəli azarkeşlərə oyunu izləməyə icazə verməyib

Türkiyə və Ermənistan milli komandaları İrəvanda görüşəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avropa futbol üzrə çempionatının seçmə mərhələsi çərçivəsində martın 25-də Türkiyə və Ermənistan milli komandaları arasında oyun keçiriləcək.

    UEFA türkiyəli azarkeşlərə İirəvana gəlməyə icazə verməmək qərarına gəlib.
    Erməni mətbuatında yer alan xəbərə görə, UEFA matçın qonaq komandanın tamaşaçısız keçirilməsinə qərar verib. Ermənistan Futbol Federasiyası bu qərarın UEFA tərəfindən gərginliyin artması ehtimalına qarşı verildiyini və belə bir tələbin Türkiyə Futbol Federasiyası və ya özləri tərəfindən çatdırılmadığını qeyd edib. Sentyabrda Türkiyədə keçiriləcək cavab matçında da eyni qayda tətbiq olunacaq. Ermənistandan tamaşaçı olmayacaq.