"Transxəzər Şərq-Qərb dəhlizi" üzrə sənəd imzalandı
Bu məlumatı Gürcüstan tərəfi yayıb
Gürcüstan, Azərbaycan, Türkiyə və Qazaxıstan "Transxəzər Şərq-Qərb dəhlizi" üzrə dördtərəfli Bəyannamə imzalayıblar. Bunu Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin mətbuat xidməti xəbər verib.
Bildirilir ki, Şərq-Qərb dəhlizinin əhəmiyyətini vurğulayan sənəd dörd ölkənin beynəlxalq nəqliyyat sistemində inteqrasiya potensialının gücləndirilməsinə yönəlib.
Bəyannamədə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Avropa və Asiya arasında rəqabətədavamlı daşımaların təşviqində rolu qeyd edilir və xəttin ötürücülük qabiliyyətinin artırılması üçün tikinti işlərinin başa çatdırılmasının vacibliyi vurğulanır. Bundan əlavə, sənəddə marşrut boyu nəqliyyat əməliyyatlarının keyfiyyətinin yüksəldilməsi üçün infrastruktura investisiya qoyuluşunun zəruriliyi vurğulanır.