XƏBƏRLƏR / Siyasət

Tokayev and içdi

Tokayev and içdi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Noyabrın 20-də keçirilmiş növbədənkənar prezident seçkilərində yenidən Qazaxıstanın dövlət başçısı kürsüsünə yiyələnən Kasım-Jomart Tokayevin andiçmə mərasimi olub. Qazaxıstan mediasına istinadən xəbər verir ki, Kasım-Jomart Tokayev Konstitusiyanın hər sözünə ciddi əməl edəcəyinə söz verib. İnauqurasiya mərasimində Tokayev seçkilərdə iştirak edən bütün vətəndaşlara minnətdarlığını bildirib. "Xüsusilə təşviqat kampaniyasında fəal iştirak edənlərə, müşahidəçilərə, jurnalistlərə təşəkkür edirəm. Prezidentliyə namizədlərə öz hörmətimi bildirmək istəyirəm. Siyasi partiyalar, ictimai birliklər həlledici məqamda birləşməyə hazır olduqlarını nümayiş etdirdilər...

    Mən təkcə mənə səs verən vətəndaşlar qarşısında deyil, bütün Qazaxıstan xalqı qarşısında cavabdehəm. Xalq hikməti deyir: “Sərvət namussuz əldə edilirsə, nəyə lazımdır, ədaləti qurmursansa, iqtidar sənə niyə lazımdır”. Bu, mənim həyat prinsipimdir, ona ciddi əməl edirəm”, – Kasım-Jomart Tokayev bildirib.

    Prezident Qazaxıstanın mavi rəngli bayrağını öpərək, Qazaxıstan xalqı qarşısında baş əyib.

    "Mən xalqın arzu və istəklərinə hər zaman sadiq olmağa, heç vaxt qarşıya qoyduğum yoldan dönməməyə və Qazaxıstanın milli maraqlarını müdafiə etməyə and içdim. Əlimi Konstitusiyanın üzərinə qoyaraq, onun hər sözünə ciddi əməl edəcəyimə söz verdim. Xalq mənim işimdə sarsılmaz bir bələdçi olacaq”, - deyə o əlavə edib.