XƏBƏRLƏR / Kriminal

Texasda ticarət mərkəzində atışma zamanı 8 nəfər ölüb

Bu barədə CNN xəbər yayıb

Texasda ticarət mərkəzində atışma zamanı 8 nəfər ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Texas ştatının Allen şəhərində yerləşən ticarət mərkəzlərindən birində baş verən atışma nəticəsində 8 neçə nəfər həlak olub.

    Atışma “Allen Premium Outlets” ticarət mərkəzində baş verib.

    Binada olan şəxslərdən biri 30-a yaxın atəş səsi eşitdiyini iddia edir. Atəş açan şəxs polis tərəfindən zərərsizləşdirilib.

    CNN-in polisə istinadən verdiyi məlumata görə, insident nəticəsində ölən 8 nəfərdən 6-sı yerindəcə, digər 2-si isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Daha 7 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.