XƏBƏRLƏR / Sağlamlıq

Terrorçunu zərərsizləşdirən Vasif Tağıyev əməliyyat olunub

İrandakı səfirliyinə terror hücumunda yaralanan şəxslərin vəziyyəti qənaətbəxşdir

Terrorçunu zərərsizləşdirən Vasif Tağıyev əməliyyat olunub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ötən gün Azərbaycanın İrandakı səfirliyinə terror hücumunda yaralanan şəxslərin vəziyyəti yaxşıdır.

    Bunu İranın “Şohada-e Tajriş” xəstəxanasının rəhbəri Şəhram Ələmdari deyib.

    Ş.Ələmdarinin sözlərinə görə, 1-ci əməliyyatda səfirliyin mühafizə xidmətinin əməkdaşı Vasif Tağıyevin çiynindən, 2-ci əməliyyatda isə çənəsindən güllə çıxarılıb. "Hazırda onun vəziyyəti yaxşıdır", - həkim bildirib.

    Ş.Ələmdari əlavə edib ki, 2-ci şəxsin də ortopedik əməliyyatla güllə bədənindən çıxarılıb və hazırda vəziyyəti yaxşıdır:

    "Hər iki xəstənin vəziyyəti yaxşıdır və tezliklə sağalacaqlarına ümid edirik".

    Dünən yaralı vətəndaşlarımıza İran XİN-in başçısı Abdolahiyan baş çəkib. İran TV-lərinin təqdim etdiyi süjetdə xəstəxanasının həkimi XİN rəhbəri ilə rəsmi fars dilində yox, azərbaycan dilində danışır.