XƏBƏRLƏR / Nəqliyyat

Tbilisidən Moskvaya uçuşlar bərpa edildi

Məlumata görə, uçuşlar həftədə 7 dəfə həyata keçiriləcək

Tbilisidən Moskvaya uçuşlar bərpa edildi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Gürcüstanın “Georgian Airways” şirkəti Tbilisidən Moskvaya birbaşa uçuşları bərpa edib. TASS xəbər verir ki, təyyarə bu gün saat 08:00-da Tbilisi aeroportundan havaya qalxıb. Təyyarənin Moskva vaxtı ilə 10:15-də Vnukovo hava limanına enəcəyi gözlənilir.

    Məlumata görə, uçuşlar həftədə 7 dəfə həyata keçiriləcək.  

    Xatırladaq ki, mayın 19-da Rusiya və Gürcüstan arasında 2019-cu ildən bu yana dayandırılan uçuşlar bərpa edilib. Ötən gün Rusiyanın “Azimut” aviaşirkəti Moskvadan Tbilisiyə uçuş həyata keçirib.