XƏBƏRLƏR / Qayıdış

Şuşanın su şəbəkəsinin yenidən qurulması nəzərdə tutulur

Bunu "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bildirib

Şuşanın su şəbəkəsinin yenidən qurulması nəzərdə tutulur
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Şuşa şəhərinin relyef baxımından hündür nöqtələrində 2 ədəd mərkəzi anbarın tikintisinə də başlanılıb. Bunu jurnalistlərə açıqlamasında "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bildirib. Onun sözlərinə görə, layihələndirmə zamanı əhalinin dayanıqlı içməli su təchizatının aparılması üçün şəhər 8 müxtəlif təzyiq zonasına bölünüb, bu zonalardan 6-sı özüaxımlı rejimdə, 2-si isə hidrofor nasoslarla su ilə təmin olunacaq.

    Şöbə rəisi qeyd edib ki, növbəti mərhələdə şəhərdaxili içməli və tulantı su şəbəkələrinin tamamilə yenidən qurulması, tullantı sutəmizləyici qurğunun inşası nəzərdə tutulur.