XƏBƏRLƏR / Qayıdış

Şuşanın elektron xəritəsi və mobil tətbiqi hazırlanacaq

Şuşanın elektron xəritəsi və mobil tətbiqi hazırlanacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu il ərzində Şuşa şəhərinin elektron xəritəsi və mobil tətbiqi hazırlanacaq.

    Bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında əks olunub.

    “Türk dünyasının mədəniyyət paytaxtı - Şuşa” portalı da yaradılacaq.

    İcraçı orqanlar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Mədəniyyət Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsidir.