XƏBƏRLƏR / Qayıdış

Şuşa ilə Novi Pazar qardaşlaşdı

Bu barədə Şuşa Dövlət Qoruğu İdarəsindən məlumat verilib

Şuşa ilə Novi Pazar qardaşlaşdı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Mədəniyyət paytaxtımızda Şuşa ilə Serbiyanın Novi Pazar şəhərləri arasında mədəniyyət, turizm, iqtisadiyyat və digər sahələri əhatə edən qardaşlaşma haqqında anlaşma memorandumu imzalanıb.

    Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin dəvəti ilə Şuşa şəhərində rəsmi səfərdə olan Serbiyanın Novi Pazar şəhərinin meri Nihad Bişevaçin rəhbərlik etdiyi nümayəndə heyəti ilk olaraq Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovla görüşüb.

    İmzalanma mərasimindən sonra qonaqlarla xatirə şəkli çəkilib, şəhərin tarixi məkanlarında gəzinti olub.