XƏBƏRLƏR / Təbiət

Suriyada zəlzələ qurbanlarının sayı 3100-ü keçib

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb

Suriyada zəlzələ qurbanlarının sayı 3100-ü keçib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Suriyada zəlzələ qurbanlarının sayı 3162 nəfərə çatıb. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Təbii fəlakət zamanı daha 2200 nəfər yaralanıb.

    Qeyd edək ki, Türkiyənin cənubunda və Suriyada baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 20 900 nəfərə çatıb.