Suqovuşan su anbarında balıq körpələri VİDEO

Su anbarına balıqartırma zavodlarında yetişdirilən 10 min ədəd çəkikimi balıqların körpəsi buraxılıb

  • Oxuma müddəti:

    1 dəqiqə

  • Qarabağ ərazisində biomüxtəlifliyin qorunmasına və su hövzələrində bioresursların bərpasına töhfə vermək məqsədilə Tərtər rayonu ərazisindəki Suqovuşan su anbarına balıq körpələri buraxılıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Gənclər və İdman Nazirliyinin, Meliorasiya və Su Təsərrüfatı ASC-nin və “Azərişıq” ASC-nin rəsmilərinin iştirakı ilə su anbarına balıqartırma zavodlarında yetişdirilən 10 min ədəd çəkikimi balıqların körpəsi buraxılıb.

    Qeyd edək ki, bu gün Suqovuşanda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş avarçəkmə üzrə “Prezident kuboku-2023” turnirinin təntənəli açılış mərasimi keçirilib.

    Suqovuşan su anbarında təşkil olunan yarışa 20-dək ölkədən 100-dən çox idmançı qatılıb. Onlar kayak və kanoe üzrə 200, 500 metr məsafəyə yürüş edəcəklər.

    Yarışların növbəti iki günü, 5-6 may tarixlərində Mingəçevir “Kür” Olimpiya Tədris-İdman mərkəzində davam edəcək. Reqataya mayın 7-də Bakıda yekun vurulacaq.