XƏBƏRLƏR / Münaqişə

Sülhməramlıların avtomobilləri aksiya ərazisindən keçdi

Aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər

Sülhməramlıların avtomobilləri aksiya ərazisindən keçdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edirlər. Xankəndidən Laçına və əks istiqamətdə Rusiya sülhməramlılarına məxsus 15 təminat-təchizat və bir minik avtomobilinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb.

    Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.