XƏBƏRLƏR / Münaqişə

Sülhməramlıların 3 maşını aksiya yerindən keçdi

Onlar ərazidə maneəsiz hərəkət edir

Sülhməramlıların 3 maşını aksiya yerindən keçdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edir.

    Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus bir təminat, bir tibbi yardım maşını və bir minik avtomobili aksiya ərazisindən maneəsiz keçib.

    Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.