XƏBƏRLƏR / Qayıdış

Sülhməramlıların 29 maşını Laçın yolundan keçib

Aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətməyiblər

Sülhməramlıların 29 maşını Laçın yolundan keçib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Rusiya sülhməramlılarına, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər. Yanvarın 12-də Xankəndidən Laçına və əks istiqamətdə Rusiya sülhməramlılarına məxsus 29 təminat-təchizat və minik avtomobili maneəsiz keçib. Bundan əlavə, BQXK-yə məxsus 5 avtomobil səhər saatlarında Xankəndidən Laçın istiqamətinə gedib. Günorta saatlarında isə həmin nəqliyyat vasitələri geri dönüblər.

    Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.

    Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.