XƏBƏRLƏR / Münaqişə

Sülhməramlıların avtomobilləri Laçın istiqamətinə getdi

Avtomobillər ekofəalların aksiya ərazisindən maneəsiz keçib

Sülhməramlıların avtomobilləri Laçın istiqamətinə getdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edir.

    Xankəndidən Laçın istiqamətinə hərəkət edən Rusiya sülhməramlılarına məxsus üç təminat, bir tibbi yardım maşını və iki minik avtomobili aksiya ərazisindən maneəsiz keçib.

    Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.